Müharibə davam etsə, Rusiya nələrlə üzləşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı müharibənin nizamlanması istiqamətində hərəkət etməlidir, əks halda, Moskva sanksiyalarla üzləşəcək.
“The Guardian”ın məlumatına görə, bu xəbərdarlıq cümə günü BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı edilib.
İclas avqustun 28-nə keçən gecə Kiyevdə 20-dən çox insanın ölümünə səbəb olan kütləvi hücumdan sonra çağırılıb.
Bildirilir ki, ABŞ missiyasının müşaviri Con Kelli zərbələrin “Rusiyanın sülhə dair ciddiliyini şübhə altına aldığını” deyib və Rusiyadan onları dayandırmağı tələb edib.
O həmçinin vurğulayıb ki, Vladimir Putin və Volodimir Zelenskinin görüşünə razılıq verilməlidir.
Bundan əlavə, Kelli ABŞ Prezidenti Donald Trampın müharibənin davam edəcəyi təqdirdə Amerikanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi xəbərdarlığını təkrarlayıb.
“The Guardian” öz növbəsində qeyd edib ki, Putin dəfələrlə Trampın Ukraynaya qarşı müharibəni dayandırmaq çağırışlarına məhəl qoymayıb. Eyni zamanda Vaşinqton Moskvaya təzyiq göstərmək və onu hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün heç bir real addım atmayıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
