Müharibə ilə bağlı bütün dünyanın gözlədiyi xəbər | Tramp elan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın mümkün qədər tez danışıqlara başlamağa hazır olduğu barədə məktub alıb.
Bu barədə o, Konqresdəki çıxışında danışıb.
Onun sözlərinə görə, sənəddə həmçinin Kiyevin nadir torpaq metalları üzrə razılaşmaya razılığı da əks olunub.
“Bu gün mən Ukrayna Prezidenti Zelenskidən vacib bir məktub aldım. Məktubda Ukraynanın uzunmüddətli sülhə nail olmaq üçün ən qısa zamanda danışıqlar masasına oturmağa hazır olduğu qeyd olunur”, – deyə ABŞ Prezidenti vurğulayıb.
“Ukraynadakı bu dəhşətli münaqişəni bitirmək üçün dayanmadan çalışıram”, – Tramp deyib. Qeyd edib ki, milyonlarla ukraynalı və rus bu amansız müharibədə həlak olub və ya yaralanıb: “Lakin hələ də sonu görünmür. ABŞ Ukraynanın müdafiəsinə yüz milyardlarla dollar ayırıb”.
O sual edib: “Siz istəyirsiniz ki, bu, daha 5 il davam etsin?”. Bir daha bəyan edib ki, ABŞ Ukraynaya Avropadan qat-qat çox maliyyə yardımı göstərib.
“Avropa Ukraynanın müdafiəsinə xərclədiyindən daha çox pulu Rusiya nefti və qazının alınmasına xərcləyib. Bunun üzərində düşünün”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Ukraynanın müdafiəsinə 100 milyard dollar ayırıb, halbuki demokrat Co Baydenin əvvəlki administrasiyası bu məqsədə 350 milyard dollar yönəldib. Konqres zalında iştirak edən demokratlar Trampın bu sözləri ilə razılaşmayıblar.
Tramp əlavə edib ki, Rusiya tərəfdən də güclü siqnallar alır və Moskva da sülh prosesinə başlamağa hazır olduğunu bildirir.
“Bu dəliliyi dayandırmağın vaxtı gəlib çatıb. Qətlləri dayandırmağın vaxtıdır. Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Əgər siz müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti çıxışı zamanı Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması məsələsinə toxunmayıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
