Müharibədə ölən ermənilərin valideynləri aksiya keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Ordusunun Azərbaycanla 44 günlük müharibədə ölən hərbçilərinin valideynləri mayın 22-də İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.
Müharibədə məhv edilmiş əsgərlərdən birinin atası Ara Rostamyan səhər saatlarından etibarən ölkə ictimaiyyətini hökumət binası qarşısında toplaşmağa çağırıb.
“Saat 11:00-da hökumət binasında N.Paşinyanın mətbuat konfransı keçiriləcək və mən çox istərdim ki, burada çoxlu insan olsun, biz ona suallarımızı verək”, – deyə A.Rostamyan bildirib. A.Rostamyan həmçinin onları gecələr tək qoymamağa, hökumət binası yaxınlığında toplaşaraq elan etdikləri oturaq aksiyada iştirak etməyə çağırıb.
Qeyd edək ki, 44 günlük müharibədə ölən Jor Martirosyanın anası Qayane Akopyan 1 ay müddətinə həbs edilib. Nümayişçilər onun dərhal azad edilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
