Pleyeri seçin:

Müharibənin başlaması çox da uzaq deyil… | Tramp yenə onları günahlandırdı

27 avqust 2024 421 baxış

ABŞ-nin Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp 3-cü Dünya müharibəsi ilə bağlı insanlara xəbərdarlıq edib.

O, çıxışında 13 il əvvəl Əfqanıstanda baş verən hadisəni yada salaraq, sözügedən ölkədə yaşanan faciəyə görə hazırkı rəhbərliyi günahlandırıb.

D.Tramp həmçinin ABŞ-nin reputasiyasının zədələnməsinə görə də Cozef Bayden və Kamala Harris cütlüyünü ittiham edib.

“Bu gün Əbbiqeytdəki terror aktının 3-cü ili tamam olur. Bir çox insan bunun nə demək olduğunu anlamır. Bu, ABŞ-nin 13 hərbçisinin həlak olmasına, onlarla hərbçinin ağır yaralanmasına, çox sayda günahsız mülki vətəndaşın öldürülməsinə və xəsarət almasına səbəb olan Əfqanıstanla bağlıdır. Yüzlərlə insan öldürüldü.

Əvvəlcə deyim ki, əsgərləri oradan çıxarmamalı idilər. Bu bizim reputasiyamızı yerlə bir etdi. Bu insanların nə qədər axmaq olması və belə bir hadisənin ölkəmizdə baş verməsinə şərait yaratması inandırıcı gəlmir. Biz bütün dünyada gülüş obyektinə çevrildik. 13 əsgəri dəfn etdik. Lakin ağır şəkildə yaralanaraq həlak olan 45 əsgərin adını belə çəkmədilər”, – deyə D.Tramp qeyd edib.

O bildirib ki, Kamala Harrislə Cozef Baydenin səbəbkarı olduğu bu hadisə ABŞ-nin dünyadakı etibar və hörmətini aşağı salıb:

“Mən hakimiyyətə gələndə bu fəlakətdə əli olan hər kəs cəzasını alacaq. Onu da deyim ki, hakimiyyəti illərində heç bir müharibə başlatmamış bir prezident olmaqdan qürur duyuram. Bunun səbəbi hörmət sahibi olmağımla bağlıdır. Lakin indiki vəziyyət heç də yaxşı görünmür. Əgər belə davam edərsə, 3-cü Dünya müharibəsinin baş verməsi çox da uzaqda deyil”.

Məlumat üçün bildirək ki, bu, D.Trampın ilk belə açıqlaması deyil. O, dəfələrlə 3-cü Dünya müharibəsinin başlamasına dair fikirləri ilə gündəmə gəlib. Hətta iddia edib ki, əgər müharibə baş verərsə, bunu yalnız o dayandıra bilər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 421 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 421 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 421 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 421 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 421 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 421 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 421 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 421 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 421 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 421 baxış
Seçilmişlər
icon