Müharibəyə son qoyulacaq? - Putin ŞƏT sammitində danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna böhranının nizamlanması üçün Çin, Hindistan kimi tərəfdaşlarımızdan aldığımız təklifləri yüksək qiymətləndiririk. Ümid edirəm ki, Alyaskada Rusiya və ABŞ arasında aparılan danışıqlarda əldə olunan razılaşmalar da bu istiqamətdə inkişaf etdirilir və Ukraynada sülhə yol açır. Nəzərdə tutulan ikitərəfli görüşlərdə həmkarlarımı Alyaska danışıqları ilə bağlı detallı məlumatlandıracam”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.
Çıxışının davamında Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Avrasiyanın təhlükəsizliyi, iqtisadi inkişafına verdiyi töhfələrdən bəhs edib. Bütün bunlar isə gələcəkdə materikdə yeni sistemin qurulmasına gətirib çıxara bilər.
Putinin sözlərinə görə, bu sistem Avropanın köhnəlmiş ittifaq və alyanslarını əvəzləsə, yaxşıdır.
“Xatırladım ki, Ukrayna böhranı Rusiyanın hücumu nəticəsində yaranmayıb. Krizis Qərbin dəstəklədiyi dövlət çevrilişindən sonra ortaya çıxıb. Hakimiyyət dəyişikliyini qəbul etməyən bölgələrin sakinlərinin müqavimətini silahlı yolla yatırmağa çalışıblar”, ‒ Putin əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Vladimir Putinin Alyaska görüşündən sonra Ukraynada sülhün əldə olunmasına ümidlər artıb. Lakin avqustun son günləri və hazırda da davam edən hərbi gərginlikdən sonra Almaniya kansleri Fridrix Merts kimi siyasətçilər müharibənin hələ uzun müddət davam edəcəyini açıqlayıblar.
Ukrayna ilə bağlı Ağ Evə toplaşan Avropa liderləri sentyabrın 4-də Makronun dəvəti ilə Parisdə münaqişəyə çözüm tapmağa çalışacaqlar.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
