Müxalif qüvvələr Paşinyanı müharibəyə sövq edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin ölkənin 29 743 kvadratkilometr ərazisi ilə kifayətlənməməli olduğuna dair açıqlamalarını təhlükəli hesab edir.
Bu barədə o, jurnalistlərə bildirib.
Paşinyan jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin bəzi müxalifət qüvvələrinin hakimiyyətə gələcəyi təqdirdə müharibə olacağını iddia etmələrinin səbəbi ilə bağlı suala cavab olaraq deyib:
“Əgər bir siyasi qüvvə Ermənistanın 29 743 kvadrat kilometr ərazi ilə kifayətlənməməli olduğunu deyirsə, bu, qaçılmaz müharibə deməkdir. Burada mübahisə ediləcək çox şey yoxdur”.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bundan əvvəl iddia etmişdi ki, Ermənistan böyük diaspora malik ölkədir, 29 743 kvadratkilometrlik ərazisi ilə məhdudlaşmamalıdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
