Müxalifət lideri Baş nazir olmaq istəyir | Makrona gözlənilməz sürpriz
Yeniliklərdən dərhal xəbərdar olun
İlkin məlumata görə, Fransada parlament seçkilərinin birinci turunda liderlik edən sağçı Milli Birlik Partiyasının lideri Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb.
Bu barədə TASS məlumat yayıb.
“Gələn bazar günü seçicilər ölkəni yenidən qurmaq üçün bizə mütləq səs çoxluğu versələr, hamını dinləyən, müxalifətə hörmət edən, dialoqa açıq olan və millətin birliyinə qayğı göstərən bütün fransızların baş naziri olmaq istəyirəm”, – o bildirib.
Onun sözlərinə görə, o, respublika prezidenti ilə siyasi birgəyaşayışa hazırdır, konstitusiyaya və dövlət başçısının səlahiyyətlərinə hörmətlə yanaşacaq: “Bununla belə, öz siyasətimizi həyata keçirməkdə israrlı olacağıq”.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
