Müxalifətin bu hərəkəti Gürcüstanın Avropa yolunu bağlayır? | Siyasi gərginlik artdı
“Gürcüstan hakimiyyəti 2020-ci il parlament seçkilərindən fərqli olaraq, müxalifətdən parlamentə girib işə başlamağı xahiş etməyəcək”.
Bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.
“Mən sizə zəmanət verirəm ki, bizim tərəfimizdən heç bir xahiş və ya vəsatət olmayacaq. Əvvəlki vəziyyətdən fərqli olaraq, biz bunu gizlətmədiyimiz zaman məsləhətləşmələrə getdik və parlamenti doldurmağa çalışdıq. İndi bu, bizi qətiyyən maraqlandırmır. Qoy istədiklərini etsinlər”, – M.Mdinaradze bildirib.
Onu da qeyd edək ki, seçkilərdə hakim partiya 54 faiz səs toplayaraq parlamentdə üstünlük əldə edib. Müxalifət saxtakarlıq edildiyini əsas gətirərək parlamentin legitimliyini tanımır. Bir çox Avropa dövlətləri və üst qurumları da müxalifətin tərəfindədir. Əgər müxalifət parlamenti boykot edərsə, bu, Gürcüstanın Avropaya inteqrasiyasına ciddi zərbə olacaq.
#Gürcüstan teqi istifadə olunub
- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI
- Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV
- Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV
- Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV
- Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV
