Nadir tapıntı ilə gündəmə düşən şəxsin xəyalları niyə puç oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada yaşayan fermer Mişel Dyupon nadir tapıntı ilə gündəmə gəlib.
“Haberler.com” xəbər verir ki, o, özünə məxsus torpaq sahəsində apardığı işlər zamanı 150 tondan çox qızıl aşkarlayıb. Tapılan qızılın iqtisadi dəyərinin təxminən 4 milyard avro olduğu bildirilir.
Fransa mediasının məlumatına görə, Dyupon əkin sahəsində diqqətini çəkən bir ərazidə qazıntı apararkən bir neçə qızıl parçası aşkarlayıb. Əraziyə gələn geoloqların apardığı araşdırmalardan sonra torpaq sahəsində 150 tondan çox qızılın mövcud olduğu təsdiqlənib.
Bu yatağın son illərdə Fransada aşkarlanan ən böyük qızıl ehtiyatı olduğu qeyd olunur. Rəsmi qurumlar bölgədə təbiətin qorunması məqsədilə əlavə araşdırmalar aparılmasını tələb edərək hələlik Dyuponun ərazisində qızıl hasilatına icazə verməyib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
