NATO-dan Avropa liderlərinə xəbərdarlıq | TV-ni açın, ABŞ-ni dinləyin ki...
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun baş katibi Mark Rutte Avropa liderlərini daha çox televiziyaya baxmağa və ABŞ-nin ali rəhbərliyini dinləməyə çağırıb.
Bu barədə "CBS News" kanalı məlumat verib. Məlumata görə, Rutte bu sözləri Vaşinqtonun Şimali Atlantika Alyansını tərk edə biləcəyi ilə bağlı müzakirələri şərh edərkən deyib.
O vurğulayıb ki, ABŞ NATO-ya və təşkilatın kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsinə qətiyyətlə sadiqdir.
Mark Rutte qeyd edib ki, Vaşinqton nüvə çəkindirməsi də daxil olmaqla, əsas təminatçıdır.
"Mən NATO-dan söhbət getdikdə bütün avropalı həmkarlarımı "ABŞ NATO-ya sadiqdirmi?" sualı ilə narahat olmaq əvəzinə, televizoru açmağa və bəzən ABŞ rəhbərliyini dinləməyə çağırıram. Cavab – bəli", – deyə alyansın baş katibi bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
