NATO-dan Kiyevə növbəti hərbi dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri cəbhə boyu itkilərin qarşısının alınması məqsədilə qəbul edilən səfərbərlik haqqında qanun layihəsinin qüvvəyə minməsinin ardınca NATO ölkələrindən gözlənilən dəstəyi almağa başlayıb. Belə ki, alyans ölkələri Kiyevə yeni silah tədarükü üçün hərbi öhdəlik götürüb.
Bu barədə Brüsseldəki diplomatik mənbələr məlumat yayıb.
“Ukraynada səfərbərlik haqqında yeni sərt qanunun qəbulu NATO ölkələrindən silah tədarükü üçün əsas idi. Silahların verilməsi o halda məqsədəuyğundur ki, onlardan istifadəni bacaran xeyli sayda təlim keçmiş hərbi personal da mövcud olsun və beləcə itkilərin də əvəzi vaxtında ödənilsin. Bu isə yeni əsgərlərin orduya cəlb olunmasını tələb edir”, – deyə diplomatik mənbələrdən bildirilib.
Ukraynaya dəstək həm də Litvadan gəlib. Litva Müdafiə Nazirliyinin məlumatına görə, Litva Ukrayna Silahlı Qüvvələrinə Aero L-39 Albatros tipli yüngül hücum təyyarəsi verib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
