NATO qoşunları Ukraynada | Rusiya-NATO müharibəsi başlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-NATO əlaqələri Ukraynada gedən müharibə fonunda daha da gərginləşib.
Kreml rəhbəri Vladimir Putin də seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya toxunub.
O, Alyans qoşunlarının Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.
"Hesab edirəm ki, müasir dünyada hər şey mümkündür. Amma mən artıq demişəm və hamıya aydındır ki, NATO ilə birbaşa münaqişə Üçüncü Dünya müharibəsinin bir addımlığında olacaq. Düşünürəm ki, bu məsələ heç kimin marağında deyil. Fransa Prezidentinin mövqeyinə gəlincə isə ölkə ordusunun ikinci dərəcəli funksiyaları yerinə yetirməsi, Ukraynada hərbi personala təlim keçməsi, Qərb texnikasından istifadəyə dair təlimlər və buna bənzər fəaliyyətlərlə məşğul olması barəsində artıq müəyyən faktlar aşkarlanıb.
Biz bilirik ki, NATO ölkələrinin qoşunları artıq Ukraynadadır. Lakin vurğulamaq istəyirəm ki, bu məsələnin müsbət tərəfi yoxdur. Çünki itkilərin sayı həddindən artıq çoxdur. Kimsə öz aqressiv xarici ritorikası ilə daxilində baş verən siyasi məsələləri ört-basdır etmək niyyətindədirsə, bu, onların işidir. Şübhəsiz ki, bütün bunlar dünyada tanınmış və tez-tez istifadə olunan üsullardır", – o əlavə edib.
Bundan başqa, Kreml rəhbəri Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barəsində də danışıb. O, həmin qrup İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən "vlasovçular"la müqayisə edib.
Putin bildirib ki, hamı "vlasovçular"ın sonunun necə olduğunu yaxşı bilir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
