Navalnı varlanmağa imkan verən "proqram" hazırlayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə bu günlərdə həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının adından saxta məktub yayılıb.
İddialara görə, siyasətçi ruslara dərhal varlanmağa imkan verəcək proqram hazırlayıb.
Məktub saxta qruplarda yerləşdirilir. Burada Navalnının həyat yoldaşı Yuliyaya yazdığı iddia edilən məktubun fotoşəkili paylaşılır.
Məktubda Navalnının adından deyilir ki, o, çox güman, tezliklə öləcək. Ona görə də əsas istəyi ölümündən sonra ölkədə maddi rifahı təmin etməkdir.
Məktubda qeyd edilir ki, Navalnı guya 5 ildir ki, hər kəsin asanlıqla pul qazana biləcəyi maliyyə layihəsi hazırlayır və indi hamının bu fürsətdən xəbərdar olmasını istəyir.
Qeyd edək ki, investisiya yolu ilə asan pul qazanmağın yolları haqqında biliklərini bölüşmək istəyən məşhur insanların adından istifadə etməklə yayılan bu tip fırıldaqlar uzun illərdir ki, “Facebook” və digər böyük sosial şəbəkələrdə dolaşır.
#Aleksey Navalnı teqi istifadə olunub
- Rusiya müxalifət liderinin ölümü ilə bağlı yeni detallar üzə çıxdı - Baku TV
- Rusiya Kanadanın Navalnı ilə bağlı iddiasına sərt reaksiya verib
- Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib
- Navalnının arvadından sensasiyalı açıqlama
- Məşhur aparıcı dünyanı necə gəzirmiş? | Sanksiyalar olsa da...
