Pleyeri seçin:

Nazirlə evlənib, liderlə gizli eşq yaşayan alman birinci xanımın sonu | ARAŞDIRMA

28 iyul 2024 563 baxış

Baku TV-də çoxuşaqlı olduğu üçün nasistlərin təsis etdiyi "Qəhrəman ana" xaçının ilk sahibi, “Ərimi sevirəm, amma Fürerə aşiqəm” deyən, Sovet ordusunun əlinə keçməsinlər deyə altı övladını qətlə yetirən 3-cü Reyxin birinci xanımı Maqda Gebbels haqqında araşdırma materialı efirə gedib.

19 yaşında Maqda qatarda özündən 20 yaş böyük iş adamı Günter Kvantla tanış olur və cütlük tezliklə evlənir. Bu evlilikdən bir oğlan uşağı dünyaya gəlir. Günterin çox xəsis və maraqsız insan olması və ölən dostunun üç uşağını övladlığa götürməsi gənc Maqdanı çox qıcıqlandırırdı.

Evliliyi zamanı Maqda Amerikaya səfər edir. Orada ABŞ prezidenti Herbert Huverin qohumu ona evlilik təklifi etsə də, Maqda xasiyyətcə ərinə bənzəyən gəncdən imtina edir. Amerikadan qayıdan Maqda məktəb illərindən tanıdığı həmyaşıdı və əslən yəhudi olan Viktor Arlazorovla münasibətə başlayır. Bundan xəbər tutan əri Maqdanı evdən qovur. Evdən gedəndə Maqda ərinin keçmiş məşuqələrindən qalan məktubları götürür və onların sayəsində məhkəməni udaraq ərindən külli miqdarda pul və yeni ailə quranadək oğlunun üstündə qəyyumluq hüququnu qazanır.

V.Arlazorovla münasibətini bitirdikdən sonra Maqda Milli Sosial Alman İşçi Partiyasının qurultayında iştirak edir. Gənc partiya fəalı Yozef Gebbelsin çıxışına heyran olur və ona yaxınlaşmaq qərarına gəlir.

V.Arlazorovla münasibətdə olduğu müddətdə yaxasına “David ulduzu” taxan Maqda fikirlərini dəyişərək nasist partiyasına üzv olur. Heç bir gözəl qadına biganə qalmayan Yozef Gebbelsin diqqətindən qaçmayan Maqda çox keçmədən onun köməkçisi vəzifəsinə təyin edilir.

1931-ci ildə Maqda ilə Yozef ailə qururlar və cütlüyün 6 övladı olur. Bütün uşaqların adları Hitlerin şərəfinə “H” hərfi ilə başlayır.

Tarixçilər iddia edirlər ki, Maqda partiyaya Gebbelsə görə deyil, məhz Hitlerə görə gəlib. Hətta Hitlerin də ona aşiq olduğu deyilir. Bəzi mənbələrdə Maqdanın uşaqlarının ikisinin məhz Hitlerdən olduğu güman edilir.

Müharibəni uduzacaqlarını düşünən Maqda təxminən 40 yaşında nevroloji xəstəliyə tutulur, depressiyaya düşür.

Sovet ordusu qalib gələndə o, ailəsinin başına nə gələcəyindən çox narahat idi və məğlub olacaqları təqdirdə çıxış yolu axtarmağa başlayır. O fikirləşirdi ki, uşaqları atalarının günahlarına görə SSRİ-yə aparılacaq və zooparkda nümayiş etdiriləcəklər.

Maqdaya Almaniyadan qaçmaq təklif edilsə də, o bu təklifi rədd edir.

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 563 baxış
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 sentyabr 2026 563 baxış
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 sentyabr 2026 563 baxış
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 sentyabr 2026 563 baxış
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 563 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 563 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 563 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 563 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 563 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 563 baxış
Seçilmişlər
icon