Nə Rusiya, nə də Qərb... | Zelenskidən İtaliya nəşrinə sensasiyalı açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna nüvə silahından əl çəkməməli idi”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində bildirib.
Ukrayna lideri Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib.
Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir.
“Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”, – deyə V.Zelenski vurğulayıb.
Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi.
Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Sənəddə Rusiya, Böyük Britaniya və ABŞ-nin nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri öz əksini tapıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
