Netanyahu İran xalqına müraciət etdi | "Biz sizinləyik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin Venesuelada azadlıq və ədaləti bərpa etmək istiqamətində verdiyi qətiyyətli qərarını və həyata keçirdiyi əməliyyatı tam dəstəklədiyimizi ifadə etmək istəyirəm”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.
“Hazırda Latın Amerikasında bir neçə ölkədə Amerikanın orbitinə qayıdış və təəccüblü deyil ki, İsrail dövləti ilə əlaqələrin bərpa olunması istiqamətində dəyişikliklərin baş verdiyini müşahidə edirik. Biz bunu alqışlayırıq. Prezident Trampı bu qərarına görə təbrik edirik. Əməliyyatı mükəmməl şəkildə həyata keçirən Amerika hərbi qüvvələrini də salamlayırıq”, – deyə Baş nazir vurğulayıb.
Netanyahu çıxışında həmçinin İran xalqı ilə həmrəy olduqlarını qeyd edib: “İsrail hökuməti, İsrail dövləti və mənim siyasətim, İran xalqının mübarizəsi, azadlıq, hüquq və ədalət arzuları ilə həmrəyliyini ifadə edir. Çox güman ki, biz elə bir məqamdayıq ki, İran xalqı öz taleyini öz əlinə almaqdadır”.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ilin ən böyük etiraz aksiyaları keçirilir. İğtişaşlar zamanı 16 nəfər öldürülüb, 582 nəfər həbs edilib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
