Netanyahu Putindən Tehrana mesaj göndərilməsini xahiş edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı barədə mesaj ötürməyi xahiş edib.
Bu barədə İsrailin dövlət teleradio şirkəti "Kan" diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu bu xahişi Rusiya prezidenti ilə son telefon danışığı zamanı səsləndirib. İsrail Baş naziri belə bir addımı İranın mümkün preventiv zərbəsindən ehtiyat etdiyi üçün atıb.
"Kan"ın iddiasına görə, Təl-Əviv Tehranın İsrailin ehtimal olunan hücumunun qarşısını almaq məqsədilə qabaqlayıcı hücum edə biləcəyindən narahatdır.
Eyni zamanda qeyd olunur ki, Netanyahu yanvarın 5-də Knessetdə çıxışı zamanı İsrailin İrana mesaj göndərdiyini və yəhudi dövlətinə hücum ediləcəyi təqdirdə bunun İran üçün ağır nəticələrə səbəb olacağını bəyan edib.
"Kan" bildirir ki, İsrailin siyasi və təhlükəsizlik dairələri son vaxtlar İran məsələsi də daxil olmaqla müxtəlif təhlükəsizlik mövzularını müzakirə ediblər.
Kremlin rəsmi məlumatına əsasən, Vladimir Putin və Benyamin Netanyahu arasında son telefon danışığı 2025-ci ilin noyabrın 15-də baş tutub.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
