Netanyahudan sərt açıqlama | Kim bizə hücum etsə, biz də onlara hücum edəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
“İran yenidən yüzlərlə raketlə İsrailə hücum etdi. Bu hücum uğursuz oldu. İsrail dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə bunun qarşısını aldı”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən ordumuzu təsirli nailiyyətinə görə təbrik edirəm. Mən həmçinin ABŞ-yə müdafiə səylərimizə verdiyi dəstəyə görə təşəkkür edirəm. İran bu gecə böyük səhv etdi və bunun əvəzini ödəyəcək. İrandakı rejim bizim özümüzü müdafiə etmək əzmimizi və düşmənlərimizdən qisas almaq gücümüzü anlamır.
Biz qurduğumuz qaydaya sadiq qalacağıq: kim bizə hücum etsə, biz də onlara hücum edəcəyik. Şər qüvvələrlə mübarizə apardığımız hər yerdə bu belədir. Qəzza, Livan, Yəmən, Suriya və İran üçün də belədir. Biz hər yerdə şər qüvvələrə qarşı mübarizə aparırıq”, – o bildirib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
