Pleyeri seçin:

Nikol Paşinyandan Minsk qrupu barədə açıqlama

29 aprel 2025 252 baxış

"Ermənistan sülh sazişi ilə yanaşı, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanat imzalamağa hazırdır".

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyaya səfəri zamanı həmkarı Kristen Mixalla birgə mətbuat konfransı zamanı bəyan edib.

O, İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Amma mən çox açıq demək istərdim, məncə, Ermənistanda da çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr səslənir. Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", ‒ deyə Ermənistan hökumət başçısı bəyan edib.

Öz növbəsində, Kristen Mixal Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzərində razılığa gələ bildiklərinə görə şad olduğunu deyib.

"Ümid edirəm ki, saziş yaxın gələcəkdə imzalanacaq", ‒ deyə Estoniyanın Baş naziri bildirib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 252 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 252 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 252 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 252 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 252 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 252 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 252 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 252 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 252 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 252 baxış
Seçilmişlər
icon