Nikol Putini inandıra bilmir ki... | Rusiya və Ermənistan münasibətlərində nələr gözlənilir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mövqeləri güclənən Rusiyaya qarşı növbəti dəfə təzim etmək qərarına gəlib. Bu, “Avroreferendum” layihəsinin 2 ay müddətinə təxirə salınmasına və Rusiyaya yaxınlaşması üçün tədbirlərin görülməsinə, xüsusən də idarələrarası münasibətlərin bərpasına səbəb oldu.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Lakin Rusiya N.Paşinyanın səmimiyyətinə inanmır və Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq, eləcə də İrəvanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirəcəklərini anlamaqla əlaqələndirilir. V.Matviyenko ilkin razılığa əsasən fevralın sonunda gəlməli idi, amma iyunun 5-6-da Ermənistana səfər edəcəyi bildirildi. Rusiya Paşinyanın mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak edib-etməyəcəyini gözləyir”, – məlumatda deyilib.
Hökumət mənbələri N.Paşinyanın Moskvaya gedəcəyinə şübhə etmir:
“O, 2023-cü ildə iştirak edib, 2024-cü il mayın 8-də isə Aİİ sammitində iştirak edib və geri qayıdıb. V.Matviyenkonun səfərindən əvvəl Alen Simonyan MDB Assambleyasının Qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün aprelin 17-18-də Rusiyaya yola düşəcək. Dövlət Dumasının sədri Volodinin Ermənistana səfəri ilə bağlı da danışıqların aparıldığı bildirilir. May ayına kimi Qafanda Rusiya konsulluğu da açılacaq”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
