Pleyeri seçin:

Norveçdən Danimarkaya çağırış | “Birləşməyin vaxtıdır, çünki...”

08 yanvar 2026 462 baxış

Norveçin Baş naziri Yonas Qar Store ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda krallıq üçün Danimarka ilə birgə mövqe nümayiş etdirməyin vaxtının çatdığını bildirib.

Bu barədə Norveçin NRK teleradioşirkəti məlumat yayıb. Baş nazirin sözlərinə görə, yaranmış vəziyyət artıq ciddi xarakter alıb.

“İndi Danimarka ilə birləşməyin vaxtıdır. Danimarkanın Baş naziri Mette Frederiksen mənə son olaraq dedi ki, artıq hər şey ciddidir”, – deyə Store vurğulayıb.

NRK-nın məlumatına əsasən, Norveç və Danimarka hökumət başçıları 6 yanvar tarixində Parisdə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın satın alınması imkanlarını administrasiya daxilində aktiv şəkildə müzakirə edir. Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalına münasibət bildirən Levitt qeyd edib ki, Tramp bütün mümkün variantları nəzərdən keçirir, lakin diplomatik yolun onun üçün prioritet olduğunu vurğulayıb.

Donald Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini bəyan edib. O, hələ ilk prezidentlik dövründə adanın satın alınmasını təklif etmiş, 2025-ci ilin martında isə Kopenhagenin razılıq verməyəcəyi halda ticarət rüsumları ilə hədələyərək Qrenlandiyanın anneksiya oluna biləcəyini iddia etmişdi. Mette Frederiksen bu iddiaları qətiyyətlə rədd edərək, Qrenlandiyanın Danimarka Krallığının ayrılmaz hissəsi olduğunu bəyan edib.

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 462 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 462 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 462 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 462 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 462 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 462 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 462 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 462 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 462 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 462 baxış
Seçilmişlər
icon