Obamadan Qəzza açıqlaması: İsrailə xəbərdarlıq etdi
“İnsan tələfatlarına məhəl qoymayan İsrailin hərbi strategiyası sonda əks nəticə verə bilər”.
Bunu ABŞ-nin keçmiş prezidenti Barak Obama deyib. Eks-prezident İsrailin özünümüdafiə hüququnun olduğunu da bildirib:
“Bununla belə, bütün dünya regiondakı prosesləri diqqətlə izləyir. İnsan tələfatlarına məhəl qoymayan İsrailin hərbi strategiyası sonda əks nəticə verə bilər”.
Obama Qəzzanın bombardman edilməsi nəticəsində minlərlə dinc insanın həyatını itirdiyinə diqqət çəkib: “Onların əksəriyyəti uşaqlardır. Yüzminlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb”.
Sabiq prezident İsrail hökumətinin Qəzza siyasətini də tənqid edib: “İsrail hökumətinin mühasirədə olan mülki əhaliyə qida, elektrik və suyu kəsmək qərarı təkcə pisləşən humanitar böhranı gücləndirmir, həm də gələcək nəsillər üçün Fələstinin münasibətini sərtləşdirə bilər. Bu, İsrailə qlobal dəstəyi sarsıda, İsrailin düşmənlərinin əlinə bəhanə verə və regionda sülh və sabitliyə nail olmaq üçün çoxdankı səyləri sarsıda bilər”.
#ABŞ teqi istifadə olunub
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI
- Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
- Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV
