Okean altında nüvə bombası partlatmaq təklif edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də yaşayan tədqiqatçı Yer kürəsini iqlim dəyişikliyindən xilas etmək üçün okean altında nüvə bombası partlatmağı təklif edib.
"Microsoft” şirkətində çalışan 25 yaşlı proqram mühəndisi Endi Haverlinin iddiasına əsasən, nüvə partlayışı okean dibində yerləşən karbon udan süxurların sərbəst buraxılmasını sürətləndirə bilər.
Haverlinin fikrincə, bu üsul okean dibindəki mineralların təbii aşınma prosesini xeyli sürətləndirəcək və nəticədə atmosferdəki karbon qazının miqdarını azaltmağa kömək edəcək.
Hazırda hər il atmosferə təxminən 36 qiqaton karbon qazı atılır. Mühəndis iddia edir ki, 81 qiqaton gücündə bir nüvə partlayışı bu emissiyaları 30 il ərzində kompensasiya edə bilər.
O həmçinin qeyd edib ki, partlayışın yeri elə dəqiq hesablanmalıdır ki, radiasiya, tullantı və enerji yayılması minimuma endirilsin.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
