Pleyeri seçin:

Okeanın altındakı bazalara trilyonlar xərcləndi | Yeraltı sığınacaqların əsas məqsədi

06 may 2025 728 baxış

ABŞ-də illərlə xalqdan gizli şəkildə varlılar və güclülər üçün yeraltı şəhərlər tikildiyi iddia edilib.

Bu barədə keçmiş ABŞ prezidenti Corc Buşun (ata) dövründə nazir müavini olmuş Ketrin Ostin Fitts açıqlama verib.

Onun sözlərinə görə hökumət 21 trilyon dolları məhz fövqəladə vəziyyətlərdə varlıların sığınması üçün nəzərdə tutulan yeraltı bazalara xərcləyib. Fitts bildirib ki, bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək.

İddiaya görə, ABŞ-də azı 170 belə gizli obyekt var və bəziləri hətta okeanların altında inşa edilib. Ketrin Ostin Fitts əlavə edib ki, bu yeraltı bazalar həmçinin ABŞ-nin məxfi kosmik proqramlarına da xidmət edir.

Ekspertlərin sözlərinə görə, son illər dünyada artan müharibə riski, iqlim böhranı və pandemiyalar səbəbi ilə belə sığınacaqlara maraq varlı təbəqə arasında daha da artıb.

ABŞ-də daha əvvəl də “Deep Underground Military Bases” adlanan və hökumətin gizli tunel və bazalar şəbəkəsi olduğu iddiaları gündəmə gəlmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları nə təsdiq edib, nə də təkzib.

Qeyd edək ki, Ketrin Ostin Fitts ABŞ-də tanınmış maliyyə analitiki, investisiya bankiri və keçmiş dövlət məmurudur. O, maliyyə sistemləri, dövlət büdcəsi və “gizli iqtisadiyyat” mövzusunda tənqidi çıxışları ilə tanınır.

Fitts 1990-cı illərdə ABŞ-nin Mənzil və Şəhərsalma Departamentində katib müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə investisiya bankçılığı sahəsində “Wall Street”də fəaliyyət göstərib.

Sonralar “Solari Report” adlı platformanı quraraq daha çox qlobal maliyyə sistemində korrupsiya, mərkəzi bankların siyasəti və nağdsız cəmiyyətə keçid kimi məsələlər haqqında araşdırmalar aparıb və çıxışlar edib.

Onun fikirlərində tez-tez ABŞ hökumətinin böyük məbləğdə “izsiz” vəsait itkiləri və maliyyə sisteminin insanların hüquqları üzərində nəzarəti gücləndirməsi tənqid olunur.

Banner
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 728 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 728 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 728 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 728 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 728 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 728 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 728 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 728 baxış
NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 728 baxış
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 728 baxış
Seçilmişlər
icon