Pleyeri seçin:

Ölkə liderləri Rəisinin həlak olması ilə bağlı nələr dedi?

20 may 2024 310 baxış

İran Prezidenti İbrahim Rəisinin gözlənilməz ölümünə xarici ölkələrin və təşkilatların liderləri reaksiya veriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının helikopter qəzasında həlak olmasına kədərləndiyini bildirib.

“İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm”, – deyə R.T.Ərdoğan sosial media hesabında paylaşım edib.

Rusiya Prezidenti Vladimir Putin də İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib. Kreml rəhbəri məktubunda vurğulayıb ki, o, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib.

Pekindən də baş verən hadisəyə reaksiya gecikməyib. Çin Sədri Si Cinpin İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da baş verən hadisəyə münasibət bildirib.

Paylaşımda deyilir: “Prezident İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın və onları müşayiət edənlərin faciəvi qəzadan sonra vəfatı ilə əlaqədar İran hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. BƏƏ bu çətin zamanda İranla həmrəydir”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 310 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 310 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 310 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 310 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 310 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 310 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 310 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 310 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 310 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 310 baxış
Seçilmişlər
icon