Ölkəni xəritədən belə siləcəklər! - İvanişvili Rusiya-Gürcüstan müharibəsini xatırlatdı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi Bidzina İvanişvili xarici qüvvələrin Gürcüstanı xəritədən silmək planlarını açıqlayıb və müxalifəti onlara yardım etməkdə ittiham edib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Bu gün hamı açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi, qeyri-hökumət və ya media qurumları xarici maraqları güdür və Gürcüstanı müharibə əzabına sürükləməyə çalışırlar. Səhv etmək şansımız yoxdur. Əks halda, 2008-ci ilin avqust müharibəsi onun yanında heç nə olacaq. Ölkəmizə düşmən olan qüvvələr yerli agentlərin əli ilə Gürcüstanı xəritədən silmək niyyətindədir. Onlar əsrlər boyu heç bir fatehin edə bilmədiyi şeyə hazırlaşırlar”, – o bildirib.
O, Gürcüstanın xarici düşmənləri dedikdə kimləri nəzərdə tutduğunu açıqlamayıb. “Radikal qüvvələr”ə gəlincə, “Gürcü Arzusu” keçmiş hakim partiya olan Milli Hərəkatı və ümumilikdə bütün müxalifəti belə adlandırır.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
