“Ölüm mələyi” Paşinyana qarşı | İrəvanı silkələyən aksiyada nələr yaşandı?
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 5-də Ermənistan hökumət binası yaxınlığında Erməni Apostol Kilsəsinə dəstək aksiyası keçirilib.
Bu barədə Ermənistan mediası məlumat yayıb. Aksiyada “Nikolu cəhənnəmdə gözləyirlər” şüarı səsləndirilib.
“Ölüm mələyi” libası geyinmiş aksiyanın təşkilatçısı hamını bu mübarizəyə qoşulmağa çağırıb:
“Nikol qırmızı xətti keçdi. Hamı Erməni Apostol Kilsəsinin düzgün addım atmasını və bütün mübarizəyə rəhbərlik etməsini gözləyir. Kilsədən xahiş edirik ki, heç olmasa yürüş keçirsinlər, Ermənistan hakimiyyətini zəbt etmiş bu şəri (Baş nazir Nikol Paşinyanı) qovsunlar”.
Aksiya iştirakçısı Eleanora Manandyan jurnalistlərə “ölüm mələyi” barədə deyib: “O, ölümün elçisidir, Nikolun cəhənnəmə qayıtmasının vaxtının çatdığını söyləmək üçün cəhənnəmdən gəlib”.
Azsaylı insanın iştirak etdiyi aksiya gülüşlə qarşılanıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
