"Onlar Trampın səylərini qırmağa çalışırlar" | Lavrovdan açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna üzrə hazırladığı sülh planının yenidən işlənilməsi təklifini şərh edərkən onun rədd edilməsinə eyham vurub.
O bu barədə brifinqdə bildirib.
Rusiya xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın sülh planını mediaya sızdıranları tənqid edib:
“Sənədlərin araşdırılması zamanı onları qəsdən mediaya sızdıraraq informasiya qalmaqalı yaratmaq istəyənlər Trampın səylərini pozmağa və planı öz baxışlarına uyğun yenidən formalaşdırmağa çalışırlar”.
Həmçinin Sergey Lavrov deyib ki, Rusiya ABŞ tərəfinin Avropa və Ukrayna ilə razılaşdırdığı planın bir nüsxəsini təqdim etməsini gözləyir:
“Rusiya ilə ABŞ arasında rabitə kanalları mövcuddur. Avropalılar və ukraynalılarla mətnin razılaşdırılması başa çatdıqdan sonra müvafiq versiyanı bizə təqdim etmələrini gözləyirik”.
Xarici işlər naziri vurğulayıb ki, Moskva həmin vaxta qədər gözləyəcək:
“Əgər Alyaska sammitində razılaşdırılanlar silinərsə və ya dəyişdirilərsə, vəziyyət tamamilə fərqli olacaq”.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
