Onlara da eynisini edərik... | Rus eskpert Ərdoğanın açıqlamalarını şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamaları ciddiyə alınmalıdır, lakin belə bir şeyin baş verməsi ehtimalı olduqca aşağıdır”.
Bu sözləri rusiyalı siyasi ekspert Sergey Balsamov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” sözlərini şərh edərkən deyib.
Ekspert Ərdoğanın məlum açıqlamasına görə panikaya qapılmamağı tövsiyə edib: “Kəşfiyyat sahəsində əməkdaşlıq və iqtisadi əlaqələr dayanmadığı müddətcə hərbi sahədə ani proses baş verə bilməz”.
Balsamov 14 il öncə baş verən “Mavi Mərmərə” olayını xatırladaraq, belə bir faciəvi olayın ciddi siyasi iradə sayəsində yoluna qoyulduğunu söyləyib.
Ekspert həmçinin Türkiyə-İsrail əlaqələrinin NATO ölkələrini maraqlandırmadığını da vurğulayıb: “Türkiyənin NATO-dan çıxarılması çağırışları tamamən anlamsızdır. Türkiyə Avropa qitəsinin ən böyük, NATO-nun ikinci böyük ordusuna sahibdir”.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
