“Oranı atəşə tutun, müharibə olmayacaq” | Rusiya-Ukrayna savaşında son durum
Yeniliklərdən dərhal xəbərdar olun
Sutka ərzində Rusiya Ordusunun 1180 hərbçisi məhv edilib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Həmçinin 2 tank, 11 hərbi maşın, 9 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 141 pilotsuz uçuş aparatı, 88 avtomobil və 2 xüsusi texnika sıradan çıxarılıb.
Rusiyanın da bəzi əraziləri dron hücumuna məruz qalıb. Buna baxmayaraq, Rusiya PUA-larla Ukrayna Ordusunun şəxsi heyətini dron idarəetmə məntəqəsinə aparan zirehli maşını atəşə tutub.
Bununla yanaşı, rusiyalı hərbi ekspert Andrey Maroçko bildirib ki, Xarkov vilayətinin Kupyansk şəhərində yerləşən Qruşevka yaşayış məntəqəsinə aviazərbələr endirilib.
“Rusiya Ordusuna qarşı vuruşan əsgərlərin bazası dağıdılıb, 10 əcnəbi muzdlu hərbçi öldürülüb”, – deyə A.Maroçko qeyd edib.
Ukraynalı hərbi əsir Vasili Çija Ukrayna rəhbərliyinin koordinatlarını Rusiya Ordusuna verməyə hazırdır. “Mən sizin əsgərlərə çox demişəm ki, oranı atəşə tutun və müharibə olmayacaq”, – deyə V.Çija bildirib.
Ukraynalı hərbi əsir savaşın dayandırılması üçün Prezident Volodimir Zelenskinin ünvanı barədə məxfi məlumatları açıqlamaq niyyətindədir.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
