Özbəkistanda toylara ciddi nəzarət: Qonaqların sayı məhdudlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanda israfçılığın qarşısını almaq və sosial məsuliyyəti artırmaq məqsədilə toy, yas və digər ailə mərasimlərinin keçirilməsinə dair qaydalar sərtləşdirilib. Baku TV-nin süjetində qeyd olunur ki, 2025-ci ilin sentyabr ayında qəbul edilmiş yeni qərara əsasən, ailə şənliklərində qonaqların sayı maksimum 200 nəfər, toy və "aş" mərasimlərində isə 250 nəfər olaraq müəyyən edilib. İkiqat toylarda bu limit 300 nəfərə qədər artırıla bilər. Qaydalara görə, mərasimlər yalnız bir gün ərzində, saat 06:00-dan 23:00-dək keçirilməli, toy karvanında isə 3-dən çox avtomobil olmamalıdır. Milli dəyərlərə zidd olan bahalı şoular və əlavə xərc tələb edən rituallar qadağan edilib. Nəzarət orqanları tərəfindən qaydaları pozan şəxslər və şadlıq saraylarının rəhbərliyi üçün ciddi cərimələr tətbiq olunacaq.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
