Pleyeri seçin:
Özəl sektorun Qəzzaya məhsullar gətirməsinə icazə veriləcək
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail özəl sektor vasitəsilə Qəzza zolağına müxtəlif məhsulların daxil olmasına icazə verəcək.
“The Times of Israel” xəbər verir ki, burada məqsəd Qəzza zolağına humanitar yardımın artırılması, həmçinin yardımların təmin olunmasında BMT və digər beynəlxalq təşkilatlardan asılılığın azaldılmasıdır.
Bildirilir ki, məhdud sayda biznesmenlərin təhlükəsizlik yoxlanışından keçərək müəyyən qaydalara əməl etməklə Qəzza zolağına daxil olmasına icazə veriləcək.
Bölgəyə daxil edilməsinə razılıq verilən məhsullara qida, meyvə-tərəvəz, uşaq qidası, gigiyena vasitələri daxildir. Ödəniş metodu isə yalnız bank hesabları vasitəsilə həyata keçiriləcək.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
