Pakistan əyilməyəcək, heç vaxt təslim olmayacaq! | Generaldan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Pakistan və Çin terrorla birgə mübarizə aparır, hər iki ölkə regionda stabilliyi pozmağa hesablanan yalançı bəyanatlara qarşıdır”.
“SamaaTV”nin məlumatına görə, bunu Pakistan ordusunun nümayəndəsi general-leytenant Əhməd Şərif Çaudxri deyib. O, Pakistana qarşı əsassız ittihamları tənqid edib.
“Belə böhtanlar regioal hegemonluq məqsədilə səsləndirilir. Pakistan heç vaxt əyilməyib, bundan sonra da təslim olmayacaq. Bizim haqq uğrunda mübarizə istəyimiz yaşamaq arzusundan da böyükdür. Bu, bizim üçün şərəfdir”, – deyən pakistanlı general əlavə edib ki, milli qətiyyət Pakistanın qələbələrinin əsas səbəbidir.
“Pakistanın qlobal məsələlərdə prinsipial mövqe sərgiləməsi ölkəyə beynəlxalq dəstəyi azaldır. Amma Çinlə biz terrorizmə qarşıyıq. Pekinin təqdim etdiyi inkişaf modeli Pakistanda dəstəklənir”, – deyə Əhməd Şərif bildirib.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
