Pleyeri seçin:
Pakistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verildi? - Baku TV
Pakistan bayrağı altında üzən daha 20 gəminin Hörmüz boğazından keçidinə icazə verilib.
Bunu Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Daar "X"dəki hesabında yazıb.
"İran hökuməti Pakistan bayrağı altında üzən daha 20 gəminin Hörmüz boğazından keçməsinə icazə verməyə razılaşıb. Boğazdan hər gün iki gəmi keçəcək", – deyə Məhəmməd İshaq Dar bildirib.
O qeyd edib ki, İran tərəfindən atılan addım çoxdan gözlənilirdi:
"Bu, sülhün xəbərçisidir və regionda sabitləşməyə töhfə verəcək. Dialoq, diplomatiya və etimadın möhkəmləndirilməsi üzrə bu cür tədbirlər irəliyə doğru yeganə yoldur".
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı generalları Ər-Riyadda niyə görüşüb? - Baku TV
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
- Pakistanın hədəf aldığı mövqelərdə nə var idi? - Baku TV CANLI
- Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb
