Pleyeri seçin:

Pakistanda Trampın Nobel Sülh Mükafatına namizədliyinə etiraz

23 iyun 2025 700 baxış

Pakistan siyasətçiləri hökuməti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsini geri götürməyə çağırıb.

“Jamiat Ulema-e-Islam” partiyasının lideri Mövlana Fəzlur Rəhman D.Trampın Yaxın Şərqdəki hərbi əməliyyatlarda İsraili dəstəkləməsini və İranın nüvə obyektlərinə hücum əmri verməsini əsas götürərək onun sülhməramlı olmadığını bildirib.

“ABŞ Prezidentinin özünün sülhməramlı səyləri ilə bağlı açıqlamalarının yalan olduğu üzə çıxıb. Pakistan tərəfindən D.Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi təklifi geri götürülməlidir”, – Mövlana Fəzlur Rəhman deyib.

O, D.Trampın İsrailin Fələstinə, Suriyaya, Livana və İrana hücumlarını dəstəklədiyini və bunun sülh istəyinə zidd olduğunu vurğulayıb.

Keçmiş senator Məşahid Hüseyn İrana zərbə endirmək qərarını Amerika Prezidentinin vəzifəyə gəldikdən sonra ən böyük səhvi adlandırıb.

“D.Tramp İrana qarşı müharibəyə başlayandan sonra sülhməramlı sayıla bilməz”, – deyə siyasətçi “X” sosial şəbəkəsində yazıb və Mövlana Fəzlur Rəhmanın müvafiq fikrinə şərik çıxıb.

Analoji tələblərlə müxalifətdə olan “Ədalət uğrunda hərəkat” partiyasının parlament üzvü Əli Məhəmməd Xan, “Jamaat-e-Islami” partiyasının rəhbəri Neymur Rəhman, Pakistanın ABŞ-dəki keçmiş səfiri Maliha Lodhi, eləcə də tanınmış jurnalistlər və ictimai xadimlər hökumətə müraciət ediblər.

Banner
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 700 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 700 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 700 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 700 baxış
Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Dünya
21 noyabr 2026 700 baxış
Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Dünya
21 noyabr 2026 700 baxış
3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

Dünya
21 noyabr 2026 700 baxış
Həkimlər ən zərərli qidaları açıqladı

Həkimlər ən zərərli qidaları açıqladı

Dünya
21 noyabr 2026 700 baxış
Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Dünya
21 noyabr 2026 700 baxış
ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Dünya
21 noyabr 2026 700 baxış
Seçilmişlər
icon