Pleyeri seçin:

Papuaşvilidən siyasətçilərin əfv edilməsi təklifi ilə bağlı açıqlama | Danışmaq imkanına belə...

07 iyul 2025 753 baxış

“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin siyasətçilərin əfv olunması ilə bağlı təklifi Mixeil Saakaşviliyə aid deyil”.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, dövlət başçısının təklifinin Ukrayna vətəndaşlarına şamil edilmədiyini vurğulayıb.

“M.Saakaşvili Ukrayna vətəndaşıdır. O, nəinki seçkilərdə iştirak etməli deyil, hətta seçkilər haqqında danışmaq imkanına belə malik olmamalıdır, çünki bu, müdaxilədir. Mixeil Kavelaşvilinin təklifi yalnız Gürcüstan Konstitusiyasını pozmuş bəzi siyasətçilərə aiddir”, ‒ spiker söyləyib.

Xatırladaq ki, Gürcüstanın aparıcı müxalif partiya və birliklərinin liderləri 7 və 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Yeddi nəfər müxalif siyasətçi parlamentin M.Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Gürcüstan Prezidenti M.Kavelaşvili iyulun 4-də həbsdə olan siyasətçiləri əfv üçün müraciət etməyə çağırıb. O bildirib ki, həmin siyasətçilər oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştiraka hazırlıqlarını təsdiqləsələr, onlarla bağlı amnistiya aktını dərhal imzalayacaq.

M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da 8 illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb. Eks-prezident sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay, 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam etdirilir.

Banner
Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Dünya
26 oktyabr 2026 753 baxış
Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Dünya
26 oktyabr 2026 753 baxış
ABŞ hərbi bazasında BYD qadağası

ABŞ hərbi bazasında BYD qadağası

Dünya
26 oktyabr 2026 753 baxış
İrana qarşı 96 saatlıq hücum iddiası

İrana qarşı 96 saatlıq hücum iddiası

Dünya
26 oktyabr 2026 753 baxış
"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

Dünya
26 oktyabr 2026 753 baxış
Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 753 baxış
Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
26 oktyabr 2026 753 baxış
Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Dünya
26 oktyabr 2026 753 baxış
Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 753 baxış
“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

Dünya
26 oktyabr 2026 753 baxış
Seçilmişlər
icon