Paşinyan: Azərbaycan və Ermənistan sülh müqaviləsinin əsas prinsipləri üzrə razılığa gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiklərini bildirib.
Onun sözlərinə görə, əsas məsələlərlə bağlı konsensus əldə olunub. N.Paşinyanın əlavə edib ki, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub və bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutub.
N.Paşinyanla yanaşı, Ermənistan parlamentinin sədri Alen Simonyan da bənzər açıqlama verib. O bildirib ki, Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb.
A.Simonyan Ermənistanın Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların açılmasında da maraqlı olduqlarını dilə gətirib.
“Biz ilkin şərt olmadan danışıqlara başlamışıq. Bu danışıqların yaxın gələcəkdə arzuolunan nəticələr verəcəyinə ümidim böyükdür. Bölgəmizin sülhə ehtiyacı var”, – deyə A.Simonyan əlavə edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
