Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.
Ukrayna dronlarının hücumu səbəbindən hava məkanı bağlandığından Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya enmək cəhdi uğursuz nəticələnib.
Təyyarə Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb. Daha sonra hava gəmisi Pulkovo Hava Limanına yönləndirilib və Rusiya vaxtı ilə gecə saat 01:00 radələrində eniş edə bilib.
Qeyd edək ki, Almaniyada səfərdə olan Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. "Biz Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdiririk, digər tərəfdən, buradan Moskvaya yollanıram. Heç bir narahatlıq yoxdur", – deyə Baş nazir vurğulayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
