Paşinyan gerb və himni dəyişmək istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci il dövlət büdcəsinin icrasının yekunlarına həsr olunmuş parlament iclasında çıxış edərkən dövlət rəmzləri ilə bağlı bir neçə təəccüb doğuran açıqlamalar verib.
O, “Hayastan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın gerbin “düzgün olması” ilə bağlı sözlərinə münasibət bildirərək bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.
“Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yaranır: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə aidiyyəti var?”, – deyən N.Paşinyan əlavə edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.
Baş nazir həmçinin Ermənistan himninin dəyişdirilməsini zəruri hesab edir. Onun sözlərinə görə, himn ölüm haqqında sözlərlə bitməməlidir.
#Nikol Paşinyan teqi istifadə olunub
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
- Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV
- Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV
