Paşinyan hökumət iclasında Ermənistan yollarını pislədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Hökumət xərclədiyi pullara münasibətini dəyişməlidir. 2017-ci il parlamentə seçki kampaniyası zamanı yolun pis vəziyyətinə görə Geqarkunikdə qəzaya düşdük. Sükan arxasında mən idim".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 11-də hökumətin iclasında deyib. O, ölkə ərazisində yol infrastrukturunun bərbad vəziyyətdə olduğunu bildirib.
“Xidmət göstərən şirkətlər yolları təmizləməli, yol nişanlarını dəyişdirməli və yeniləməlidir. Vətəndaşları belə hallarda həmin şirkətləri məhkəməyə verməyə çağırıram”, – deyən N.Paşinyanın sözlərinə görə, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi də işini lazımi səviyyədə görmür.
Baş nazir bildirib ki, ölkənin bir sıra problemlərinin olduğu bölgələrə tez-tez səfər edir və onu narahat edən məsələlər var. Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclaslarında bu məsələlər qaldırılmır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
