Paşinyan II Qaregini etiraf etməyə çağırdı | Qalmaqallı ittihamlar və pərdəarxası məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə bütün ermənilərin katolikosu II Qareginə müraciət edib.
O bu barədə sosial media hesabında yazıb.
“Yalan danışma. Ktriç Nersisyan, zəhmət olmasa, aydınlaşdırın, subaylıq andınızı pozmusunuz və uşağınız varmı?”, – N.Paşinyan qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. N.Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb. Ermənistan KİV-in məlumatına görə, II Qareginin Xatun Qriqoryants adlı qızı var.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
