Paşinyan küçə söyüşlərinə keçdi | Ermənistana səs salan qalmaqalın səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi ciddi qalmaqala səbəb olub.
Paşinyan kilsələrin “tüstü bacası”na çevrildiyini bəyan edərək, keşişləri dini ibadət yerlərini murdarlamaqda suçlayıb. Baş nazirin erməni din xadimlərini “çulan” adlandırması, onları əyyaşlıqda, ruhani ədəb-ərkanlarını tapdalamaqda günahlandırması qarşı tərəfi daha da hiddətləndirib.
Tanınmış erməni din xadimləri ard-arda mətbauata verdikləri açıqlamalarla Paşinyanı susmağa çağırıb, onun ailəsini hədəf alıblar. Din xadimləri baş naziri təhqir etməkdən belə çəkinməyiblər. Nikol Paşinyan isə sakitləşməyərək bu gün özünün sosial şəbəkə hesabında ard-arda üç paylaşımla erməni keşişlərini küçə söyüşləri ilə söyüb.
“Facebook” istifadəçiləri ölkənin Baş nazirinin bu cür dildən necə istifadə etdiyinə təəccüblənib, bəziləri hətta onun səhifəsinin sındırıldığını düşünüblər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
