Paşinyan Putinin hədəsinə məhəl qoymadı? - Qalmaqal yaradan zəng
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yanvarın 17-də baş tutan telefon danışığının təfərrüatları bəlli olub.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, tərəflər xüsusilə “Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini, mümkün referendum məsələsini müzakirə ediblər.
Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib. “Rusiyadan cavab addımları olacaq. Bütün nəticələr barədə xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir”, – deyə o bildirib.
Paşinyan isə bunun Avropa İttifaqına qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb:
“Deməyə sözüm yoxdur, xalq özü Avropa Birliyinə qoşulmaq istəyir və nəticələrinə hazırıq”.
Qeyd edək ki, sözügedən qanun layihəsi bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
