Dünya
Pleyeri seçin:
Paşinyan Putinin özəl günündə Rusiyaya getməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inaqurasiyasında iştirak etməyəcək.
Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, o, mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyinə həsr olunan yubiley sammitinə qatılacaq.
Qeyd olunub ki, Nikol Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı Rusiyada təşkil olunacaq tədbirdə də iştirak etməyəcək.
Hökumətin mətbuat xidmətindən vurğulanıb ki, Baş nazirin səfərləri ilə bağlı vaxtı çatanda məlumat yayacaqlar.
Kopyalandı
Seçilmişlər