Pleyeri seçin:

Paşinyan Rusiya ilə bağlı nələri gizlədir? - Erməni ekspertdən sensasiya

03 iyul 2024 412 baxış

“İki ölkənin müxtəlif rəsmiləri tərəfindən hansı qarşılıqlı ittihamlar səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir”.

Bu sözləri erməni mediasına açıqlamasında iqtisadçı ekspert Suren Parsyan Ermənistan hakimiyyətinin Qərbə meyil etməsi məsələsini şərh edərkən deyib.

O bildirib ki, bu ilin ilk 4 ayında Ermənistanın xarici ticarətinin 60 faizi Rusiya ilə olub. 2023-cü ildə bu rəqəm cəmi 35-40 faiz təşkil edib:

“Məsələn, Qərbin sanksiyaları fonunda Ermənistan Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və onların Rusiya Federasiyasına çatdırılması probleminin həllində kömək edir. Bunun da sayəsində Ermənistandan avadanlıqların reeksportu ilə məşğul olan şirkət bu ilin birinci rübündə 1000 iri vergi ödəyicisi siyahısına başçılıq edib. Bundan əlavə, son 5 ay ərzində Rusiya Ermənistan vasitəsilə təxminən 4,5 milyard dollar dəyərində qızıl sata bilib”.

S.Parsyan Ermənistanın hazırda açıq-aşkar rusiyayönlü siyasət yürütməməsini normal hesab edir, əks halda Qərbin respublikaya qarşı sanksiyaları gələrdi:

“Nəticədə biz Rusiya ilə ixrac, idxal və transfer imkanlarını itirərdik. Ermənistan hökuməti qərbyönümlü siyasət nümayiş etdirir, amma praktikada Rusiya ilə sıx maliyyə-iqtisadi əlaqələri var”.

S.Parsyan Ermənistan hakimiyyətinin qərbyönümlü bəyanatlarına cavab olaraq enerji daşıyıcılarının qiymətinin artması və ixracla bağlı problemlər barədə Rusiyadan xəbərdarlıqların səslənməsini təbii hesab edir:

“Unutmayaq ki, Ermənistan enerji resurslarının 80%-ni Rusiyadan idxal edir. Ermənistanın şimalında fəlakət baş verəndə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu çox qısa müddətdə, təxminən iki həftə ərzində dəmir yolunun fəaliyyətini bərpa etdi. Halbuki bu, 2-3 ay çəkməli idi. Ermənistana enerji resurslarının idxalı eyni sürətlə davam etdi, Cənubi Qafqaz Dəmir Yolu bunu gecikdirə bilərdi, amma etmədi. Eyni şey müxtəlif səbəblərdən vaxtaşırı bağlanan Yuxarı Lars keçid məntəqəsinə də aiddir”.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 412 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 412 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 412 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 412 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 412 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 412 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 412 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 412 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 412 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 412 baxış
Seçilmişlər
icon