Pleyeri seçin:

Paşinyan Rusiyadan uzaqlaşmağa qərarlıdır: Ermənistandan yeni həmlə

14 noyabr 2023 233 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb.

Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək. İclada Rusiyanın “MTS” PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır.

Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum “MTS Ermənistan”ın səhmlərinin 100 faizinin Kiprin “Fedilco Group Limited” şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, “MTS Ermənistan” artıq “MTS” qrupunun üzvü sayılmayacaq.

Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir. Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb.

Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini bildirib. O həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var.

Ermənistan hökuməti hesab edir ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək.

Paşinyanın hərəkətlərinin nəyə gətirib çıxaracağını və Moskvanın reaksiyasının necə olacağını görmək qalır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 233 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 233 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 233 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 233 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 233 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 233 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 233 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 233 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 233 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 233 baxış
Seçilmişlər
icon