Paşinyan Şah Abbasdan danışdı, İrəvanda ara qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.
N.Paşinyan özünün şəxsi feysbuk səhifəsində hakim partiyanın Mülki müqavilə siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı kitabını dərc edib.
17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub.
Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.
Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb, lakin hələ də tənqidlərə cavab verməyib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
