Paşinyan Türkiyəyə getməyinə peşman oldu | Hava limanında nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda polis müxalifətdəki “Daşnaksütyun” partiyasının regional ofislərində axtarışlara və həbslərə başlayıb.
Ölkə mətbuatında yayımlanan məlumatlarda qeyd olunub ki, bu barədə sözügedən siyasi təşkilatdan bildirilib.
“Joğovurd” qəzeti yazıb ki, bir qrup partiya fəalı Türkiyə səfərindən qayıdacaq Baş nazir Nikol Paşinyana etiraz əlaməti olaraq hava limanında aksiya keçirməyə hazırlaşıb.
Məlumatda həmçinin yaxın saatlarda növbəti həbslərin gözlənildiyi qeyd edilib.
Ermənistanın Daxili İşlər Nazirliyinin baş verənlərlə bağlı açıqlamasında bildirilib ki, ölkədə ictimai asayişin pozulmasına yönələn hərəkətlərin törədiləcəyi ilə bağlı məlumat daxil olub.
“Bundan sonra polis əməkdaşlarının növbətçilik fəaliyyəti çərçivəsində bir qrup şəxslə profilaktik söhbətlər aparılıb. Biz bütün vətəndaşları ictimai qaydalara əməl etməyə çağırırıq.
İstənilən qeyri-qanuni hərəkətə sərt şəkildə cavab veriləcək”, − deyə qurumdan bildirilib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
