Paşinyan yerdən-yerə vuruldu: əsgərlərin ölümünə reaksiya
Sosial şəbəkələrin erməni siqmentində İrəvandakı Yerablur qəbiristanlığında hər gün bir neçə hərbçinin dəfn olunduğu iddia edilən görüntülər paylaşılıb.
“Hər gün burada dəfn mərasimi keçirilir. Yenə də çox sayda insanlar toplaşıb, belə başa düşürəm ki, kimsə dəfn edilir. Bildirildi ki, iki əsgər torpağa tapşırılacaq. Baş verənləri kənardan da olsa sizə göstərmək istəyirəm, orada hərbi orkestr hazır vəziyyətdə dayanıb. Bura isə Yerablurun digər hissəsidir, bu hərbçilər hamısı bir neçə gün öncə həlak olublar, bunlar yeni qəbirlərdir. Baxın, bu uşaqların hamısı təzəlikcə ölüblər, iki gün öncə Yerablurda dəfn ediliblər”, – deyə videoda qeyd olunub.
Sözügedən paylaşımlarda sosial şəbəkə istifadəçiləri çoxsaylı hərbçi ölümünə görə ölkənin Baş naziri Nikol Paşinyanı günahkar hesab ediblər. Bildirilib ki, Paşinyanın hakimiyyətdə qaldığı müddətdə əsgərlərin ölüm halları da davam edəcək.