Paşinyana görə Parlamentdə tədbir görüldü | Ermənilər Nikolu devirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 12-si keçiriləcək “Hökumət saatı” ilə bağlı Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik xidmətinin əməkdaşları həm deputat yerləri, həm də tribuna üzərindəki su şüşələrini toplayıblar.
Bundan başqa, onlar parlementdə oturacaqları da diqqətlə yoxlayıblar. Jurnalistlərə isə iclas başlayanadək zala buraxılmayacaqları deyilib.
Qeyd edək ki, toplantıda Baş nazir Nikol Paşinyan da iştirak edəcək. Eyni zamanda artıq uzun zamandır ki, Ermənistanda Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarına başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını növbəti dəfə qanunverici orqanın qarşısında etiraz aksiyasına çağırıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
